Haqqımızda

Baku.Tel onlayn direktorisinə həsr edilmiş Baku24.com vebsaytına xoş gəlmişsiniz.

Baku.Tel onlayn direktori Bakı şəhərində yerləşən hər hansı təşkilat və biznes haqqında məlumatların yerləşdirilməsi üçün nadir vasitədir. Baku.Tel dünyanın istənilən yerindən Bakı şəhərinə aid məlumatların asanlıqla əldə edilməsinə xidmət edir. Dünyada baş verən texnoloji yeniliklər mobil məlumat vasitələrin gündəlik həyatda əhəmiyyətini ildən-ilə artırır. Məhz buna görə biz bu günkü tələbatlara cavab verən onlayn direktorinin mövcüd olmasının vacibliyini nəzərə alaraq, Baku.Tel-i yaratdıq.

Baku.Tel onlayn direktorini ənənəvi məlumat toplulardan fərqləndirən nədir?

İstər evdə, işdə, avtomobildə və ya küçədə olarkən hər hansı bir məlumatı əldə etmək üçün insan ya internetdə axtarış aparmalı, ya məlumat kitabçasına malik olmalı, ya məlumat bürosuna zəng etməli, və ya ən sonuncu hal kimi tanışına müraciət etməlidir. Bizim onlayn direktori insanları bu cür artıq əməliyyatlardan azad edir. Bu gün hər bir insan mobil telefonuna malikdir. İstənilən şəxs mobil telefonundakı internet vasitəsilə bizim direktoriyə daxil olub və lazımi məlumatı əldə edə bilər. Bir sözlə: nə kompüterə, nə məlumat kitabçasına, nə də məlumat bürosuna zəng etməyə ehtiyac yaranmır.

adv pic

Direktoridən istifadə çox asan və rahatdır. Direktoriyə daxil olursunuz, lazımi bölməni seçirsiniz, axtardığınız təşkilat (şirkət) haqqında məlumatı tapırsınız və lazım gəldikdə dərhal zəng edirsiniz, email göndərirsiniz və ya digər məlumatlarla (göstərilən xidmətlər, yerləşdiyi ünvan və sairə) tanış olursunuz.